Sabirabadda çilingər özünü asaraq intihar edib.
"Unikal" APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhirində Şamaxı qəbristanlığı adlanan ərazinin yaxınlığındakı avtomobil təmiri sexində baş verib.
Həmin sexdə çilingər işləyən Sabirabad sakini, 1994-cü il təvəllüdlü ibrahimov Nizami Mübariz oğlu sexdə asılmış vəziyyətdə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirlib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.