Rus sənətşünası, XV-XVII əsrlər İtaliya incəsənəti sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri, Ermitajın Qərbi Avropa təsviri sənəti şöbəsinin böyük elmi işçisi Arkadi İppolitov 65 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı memar və rəssam Maksim Atayants Teleqram kanalında məlumat verib.

İppolitov 26 mart 1958-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1978-ci ildən Ermitajda işləmiş və bütün həyatını italyan rəssamlığının tarixini öyrənməyə həsr etmişdir.