Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 65 kvadratmetr olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 45 kvadratmetr sahədə və ev əşyaları yanıb.

FHN-dən "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.