Artıq Qarabağa qayıdan yerli əhali, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları 30 000-dən çox məhsul çeşidini: elektronikadan məişət texnikasına, mebel və tekstildən qab-qacağa, kosmetika və şəxsi baxım məhsullarından uşaq oyuncağına, musiqi alətlərindən təmir-tikinti alətlərinə qədər hər şeyi kontakt.az saytına daxil olmaqla və ya *6060 Çağrı Mərkəzinə zəng etməkləbirbaşa ünvanlarına sifariş verə bilərlər. Özü də həm çox sərfəli nağd, həm də hissəli alış şərtləri ilə.

"Unikal" xəbər verir ki, hal-hazırda çatdırılma xidməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı bölgələrini əhatə edir. Şəbəkə tezliklə bu siyahını böyüyəcəyinə və sevindirən çatdırılma xidmətinin bütün Qarabağı əhatə edəcəyinə söz verir.

Sevindirməyi özünə missiya seçən “Kontakt” bununla da işğaldan azad olunmuş bölgələrə çatdırılma həyata keçirən ilk elektronika mağazalar şəbəkəsi olmaqdan qürur hissi duyur.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə 1.5 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə “Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy olmağa çağırır. “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən layihələrdə burada tanış ola bilərsiniz.