ABŞ Yaxın Şərqə Ohayo sinfinə aid sualtı nüvə qayığı göndərib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Ohayo sinifli qayıqlar ABŞ-nin strateji hücum nüvə qüvvələrinin əsasını təşkil edir və qitələrarası ballistik raketlərlə təchiz olunub.
Qeyd edək ki, bu il oktyabrın 7-də İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ABŞ regiona iki təyyarədaşıyan gəmi göndərib.
Ağarza Elçinoğlu