Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində ölənlərin adları məlum olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

***

10:54

Ağsu aşırımında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Hazırda polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri hadisə yerindədir. Ölənlərin və yaralı şəxsin adı hələ ki, məlum deyil.

Avtomobilin və içərisindəki adamların dərədən çıxarılması üçün işlər görülür. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov