Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində öz seçiciləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, böyük maraqla qarşılanan görüşdə iştirak edən seçicilər deputata operativ fəaliyyətinə görə təşəkkürünü bildirmiş, Vahid Əhmədov da öz növbəsində müntəzəm keçirilən görüşlərin Quba əhalisinin problemlərini həllində və Qubanın gələcək inkişafı üçün mühüm mahiyyət daşıdığını qeyd etmişdir.Millət vəkili bu dəfəki görüşdə,mənzil təminatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq,bu problemi seçicilərlə bir daha müzakirə edib.Vahid Əhmədov prezident İlham Əliyevin rəhbərliyi ilə Qubada dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək,mənzillə bağlı problemin də yaxın zamanda həll ediləcəyinə ümidvar olduğunu bildirib.Görüşdə həmçinin ötən qəbullar zamanı problemləri həll olan vətəndaşlar da iştirak edərək,deputata bir daha öz dərin minnətdarlıqlarını bildirmişlər. Quba şəhər sakini Hilal Əzizov evində qaz təchizatı ilə bağlı problemin həllində göstərdiyi köməyə görə millət vəkilinə təşəkkür edərək,onun fəaliyyətindən məmnunluğunu ifadə etmişdir.
Görüşdən sonra,Quba və ətraf rayonlardan gəlmiş 87 nəfər sakin deputat tərəfindən fərdi qaydada qəbul edilərək,onların problemləri dinlənilib.Qəbul zamanı qaldırılan məsələlərin əsasını,evlərin təmiri,bank məsələləri,məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları,ailə-məişət problemləri,sosial müavinətin alınmasında yaranan çətinliklər,və s.təşkil etmişdir.Ötən qəbullardan fərqli olaraq,bu dəfəki qəbulda işsizliklə bağlı şikayətlərdə çoxluq qeydə alınmışdır.Sakinlər Qubada yeni iş yerlərinin açılmasına ehtiyac olduğunu və deputatdan bu məsələni Milli Məclisdə bir daha qaldırmağı xahiş etmişlər.
Qəbul zamanı Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanılaraq,vətəndaşları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.Bir çox məsələlər yerindəcə həllini tapmış,qalan məsələlərin həlli üçün köməkçiyə aidiyyəti təşkilat və qurumlara müraciətlərin hazırlanması tapşırıqları verilmişdir.
Növbəti qəbul dekabr ayına planlaşdırılıb.