Türkiyədə nadir təbiət hadisəsi - şimal işıqları müşahidə olunub.

"Unikal" xəbər verir ki, bu barədə  “Akşam” qəzeti məlumat yayıb.

"Şimal işıqları Avropanın bir çox ölkəsində Yer kürəsini vuran güclü günəş fırtınası səbəbindən müşahidə olunub. Bu ölkələr arasında Türkiyə də var idi" , - KİV qeyd edib. 

Nəşrin məlumatına görə, şimal işıqları Türkiyənin Van və Ünye şəhərlərində qeydə alınıb. Orada səma qırmızı və yaşıl rənglərlə işıqlanıb. 

Elm adamları bunun səbəbinin günəş alovları olduğunu qeyd ediblər. Onların ölçüsü bütün Rusiya ərazisindən daha böyükdür.

Gülayə Mecid