Təcili tibbi ləvazimatlar və dərmanlar Qəzza zolağındakı İordaniya Sahə Xəstəxanasına hava yolu ilə çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə İordaniya Kralı II Abdullah açıqlayıb. 

Məlumata görə, nəqliyyat təyyarələri yardım vasitələrini paraşütlərlə zolağın hava məkanına buraxıb: "Qəzzədəki müharibədən əziyyət çəkən yaralılara kömək etmək bizim borcumuzdur". 

Ağarza Elçinoğlu