Gəncədə iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza şəhərinin Avtozavod qəsəbəsi adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA Sorento" markalı avtomobillə VAZ 2109 markalı maşının toqquşması nəticəsində avtomobillərdən biri teretuarı aşaraq yoldan çıxıb.

Avtomobillərə ciddi zərər dəymədən xəsarət alan olmayıb.

Tural Əhmədov