İsrail qırıcıları Qəzza zolağına silsilə zərbələr endirib. Nəticədə bir neçə HƏMAS terrorçusu məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. 

"IDF döyüşçüləri HƏMAS terrorçularını, o cümlədən HƏMAS terror təşkilatının xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh olan Camal Musanı vuraraq öldürüblər”, - deyə məlumatda bildirilir.

İdarədən əlavə ediblər ki, hərəkatın bir neçə batalyonunun komandirləri də öldürülüb. Bu, quru döyüşləri zamanı baş verib. 

Gülayə Mecid