Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisdə keçirilən büdcə müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov çıxış edib.
Komitə sədri bildirib ki, gözəgörünməyən hallar baş verir, zəlzələ, daşqın və sel olur: "Hesab edirəm ki, Prezidentin Ehtiyat Fondunun artırılması da nəzərdə tutulsun. Ona görə ki, biz büdcə illik nəzərdə tuturuq. Bu gün işğaldan azad edilmiş ərazilərimiz var. Orada da başqa-başqa proseslər ortaya çıxa bilər. Cənab Prezidentin kifayət qədər imkanı olsun ki, ora vəsait ayırsın və dərhal oradakı proseslər aradan qaldırılsın".
Anar Kəlbiyev