İsraili dəstəkləyən bütün dövlətlər fələstinlilərə qarşı törədilən cinayətlərdə şərikdir.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Tehranda İraqın baş naziri Məhəmməd əl-Sudani ilə keçirdiyi mətbuat konfransında bildirib.
"İsraili dəstəkləyənlərin hamısı cinayətlərə ortaqdır", - Rəisi vurğulayıb.
O, həmçinin əlavə edib ki, ABŞ-nin yardımı, o cümlədən silah tədarükü İsrailə daha cəsarətli hərəkət etməyə imkan verir.
Ağarza Elçinoğlu