"Həmişə bu məsələni qaldırmışam, özüm də müharibə veteranıyam. Müəyyən nəqliyyatların qiyməti qalxır, kommunal xərclər artır və hesab edirəm ki, veteranların 80 manatının da artırılması zəruridir. Bu, böyük vəsait deyil. Təxminən 90 minə yaxın veteranımız var".
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisdə keçirilən büdcə müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov çıxış edib.
Deputat bildirib ki, daim ünvanlı sosial yardım vermək olmaz: "Biz adamları ələbaxımlığa öyrədə bilmərik. Təbii ki, bu gün ona ehtiyacı olanlar var və verilməlidir. Amma bunu adi hala çevirənlərin qarşısı alınmalıdır. Bu sahədə də islahata ehtiyac var".
Anar Kəlbiyev