"Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyacı var? Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycan təhsil sistemi bu gün iqtisadiyyatımızın ehtiyacları ilə heç uyğun deyil:
"Bu məsələlər ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir".
Anar Kəlbiyev