"Dəfərlərlə seçicilərimiz bununla bağlı müraciət edirlər. Əsas narazılıq qaz limitinin azaldılmasıdır. Bu kəndlərdə ağacların kəsilərək yanacaq kimi istifadə olunmasına gətirib çıxarır ki, bu da ekoloji tarazlıqda böyük problem yaradır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ramil Həsən deyib.
"Seçicilərin xahişi ya qaz limitinin ləğv olunması, ya da rayonlar üçün yeni yanaşmanın tətbiq olunmasıdır", - deyə deputat bildirib.
Anar Kəlbiyev