"Qəbul imtahanında aşağı bal toplayan abituriyentlər daha çox Azərbaycan Dövlət Aqrar Universitetini seçir və bu, yaxşı hal deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, fərqli mexanizm işlənib hazırlanmalıdır ki, yüksək bal toplayanlar məhz həmin ali təhsil müəssisəsini seçsinlər: “Çünki aqrar sahədə, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədəki kadr boşluğunu doldurmaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinə dövlət dəstəyinin davam etdirilməsinə ehtiyac var. İmkan daxilində buna təhsil kimi yox, aqrar sektorun seqmenti kimi yanaşaq”.
Anar Kəlbiyev