"Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər da ardıcıl şəkildə həyata keçirilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“Bu işlərin nəticəsidir ki, Ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumat olacaq”, - nazir əlavə edib.
***13:40
"Gələn ildən hərbçilərin maaşı artırılacaq. Müddətdən artıq xidmət keçən (MAXE) hərbçilərin maaşlarının bir neçə dəfə artırılması vacibdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
"Bu insanlar sırf döyüşçü və peşəkar hərbçilərdir. Onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır", - deyə deputat bildirib.
Anar Kəlbiyev