"Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Bizdə qazın qiyməti o qədər də yüksək deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial həssas əhali üçün müəyyən limit qoyulub: "Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır. Bu, o qədər də sadə məsələ deyil. Biz bunu açıq etiraf etməliyik".
Anar Kəlbiyev