Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, London Brunel Universitetinin professoru, İdman siyasəti idarəsi üzrə fəlsəfə doktoru Vassil Girginov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisaslaşmasının məzun və tələbələri ilə görüşüb.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.  

Bildirilir ki, görüş zamanı dünyada və Azərbaycanda idman menecmenti sahəsində yaşanan çətinliklər müzakirə edilib. Auditoriya iştirakçıları ekspertə suallar verib eyni zamanda öz təcrübələrini paylaşıblar. Görüş interaktiv şəkildə davam edib.