Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi, müəllim və tələbə heyəti 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Fəxri Xiyabana gedərək Vətən uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının məzarlarını ziyarət ediblər.
Bu barədə "Unikal"a AzMİU-nun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, birinci və ikinci Qarabağ savaşlarında, Aprel döyüşlərində, lokal antiterror əməliyyatlarında və suverenliyimiz uğrunda gedən digər qanlı mübarizələrdə AzMİU-nun və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 50-dən çox tələbə və məzunu şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!