Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri elan edilib.
"Unikal" xəbər verir ki, noyabrın 5-də keçirilən imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2430 namizəddən 37 nəfəri imtahana gəlməyib. 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamәt üzrә 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 7 noyabr saat 10:00-dan 9 noyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya komissiyasına müraciət edən namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.