Hazırda Rusiya Federasiyasının ətraf mühitə qarşı hərbi cinayətləri ilə bağlı 265, ekosid faktları üzrə 14 proses araşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin "X" sosial şəbəkəsində məlumat verib. 

“6 noyabr Müharibə və Silahlı Münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması üzrə Beynəlxalq Mübarizə Günüdür. Rusiya təcavüzünün miqyası və onun ətraf mühit üçün zərərli nəticələri qlobal reaksiya tələb edir”, - Baş prokuror vurğulayıb.

Onun sözlərinə görə, havanın, suyun və torpağın çirklənməsi, meşələrin və kənd təsərrüfatı torpaqlarının məhv edilməsi, nüvə obyektlərinə hücumlar ətraf mühitə qarşı hərbi cinayətlərdir. Ukraynada və xaricdə insanlar onilliklər ərzində onların zərərini hiss edəcəklər, çünki ətraf mühitin sərhədləri yoxdur.