ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ankarada aparılan danışıqları effektiv qiymətləndirib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, danışıqlardan sonra Blinken və Fidan Qəzza zolağında sabit sülhün təmin edilməsi, eləcə də əhaliyə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər. Bundan əlavə, siyasətçilər Qəzza zolağında münaqişənin yayılmasının qarşısını almaq üçün birgə səylərdən danışıblar.

Vaşinqtonun böhrandan çıxmağa çalışdığı da qeyd olunub: "Biz mülki əhali arasında itkilərin sayını azalda biləcək addımlar haqqında danışdıq".

Ağarza Elçinoğlu