İsrailin Qəzzaya oktyabrın 7-dən bəri davam edən hücumları ölkə iqtisadiyyatında durğunluq və yerli valyutanın dəyər itirməsinə səbəb olub. Münaqişələrin davam edəcəyi təqdirdə iqtisadiyyatda ciddi böhrana səbəb olacağı bildirilir.

"Unikal" xəbər verir ki, İngiltərədə çıxan “Financial Times” qəzetində yer alan xəbərə görə, 300 iqtisadçı “Vəziyyətin ciddiliyinin fərqində deyilsiniz” deyərək Netanyahunu “Ağılınızı başınıza yığın” çağırışı edib.

İsrail Bankının keçmiş baş iqtisadçısı Asher Blass, İsraildə iqtisadi artımın münaqişələrdən mənfi təsirlənəcəyini və azalmanın miqyasının münaqişələrin müddətindən asılı olacağını bildirib.

Psagot investisiya şirkətinin baş iqtisadçısı Guy Beitor, "İsraildəki münaqişənin uzun müddət davam edəcəyi və iqtisadiyyatda tələbata ciddi ziyan vuracağı gözlənilir " deyə açıqlama verib.

Təl-Əvivdəki investisiya şirkəti Meitav-ın baş iqtisadçısı Aleks Zabejinski, 60 gün davam edəcəyini təxmin etdikləri münaqişələrin dəyərinin 17 milyard dollardan çox olacağını bildirib.

Bu məbləğə döyüş sursatı və ehtiyat hissələrinin səfərbər edilməsi, birbaşa döyüş əməliyyatlarının xərcləri, maddi ziyanın ödənilməsi, müəssisələrə və ailələrə yardım ödənişləri, işsizlərə kompensasiya daxildir. Bu məbləğ ümumi iqtisadi məhsulun (ÜDM) 3,5 faizinə uyğundur. Oktyabrın 7-də başlayan münaqişələrin dəyərinin iki ölkə arasında əvvəlki münaqişələrin xərclərindən daha çox olacağı təxmin edilir.

İsrailin iqtisadi göstəricilərinin pisləşməsinə başçılıq edən Financial Times, "Müharibə iqtisadiyyata zərbə vurduqca İsrail biznesləri problem içindədir" başlıqlı xəbər məqaləsi dərc edib .
350 min nəfərin Qəzza zolağına və Livan sərhədinə ehtiyat hərbi xidmətə göndərilməsi də işçi qüvvəsinə mənfi təsir göstərib.

İsrailin maliyyə naziri Bezalel Smotriç də bizneslərin itkilərinə görə kompensasiya paketi açıqlayıb. İsrail Bankı kiçik biznes üçün 2,6 milyard dollar ayırıb.

Financial Times Qəzzaya ən yaxın ərazilərdəki müəssisələrin üçdə ikisinin ya bağlandığını, ya da əməliyyatlarını minimuma endirdiyini, yarıdan çoxunun isə 50 faiz və ya daha çox gəlir itkisi olduğunu bildirdi. Bələdiyyələr bir çox tikinti obyektlərini bağlayıblar.Ötən həftə 300 aparıcı israilli iqtisadçıdan ibarət qrup Netanyahu və Smotrixi “ağlınızı başınıza toplayın” çağırışı ediblər.

“İsrailin məruz qaldığı ağır zərbə, milli prioritetlərin əsaslı şəkildə dəyişdirilməsini və müharibənin zərərlərini aradan qaldırmaq, qurbanlara yardım etmək və iqtisadiyyatı bərpa etmək üçün vəsaitlərin kütləvi şəkildə yönləndirilməsini tələb edir” deyə açıq məktubda yazırlar .
Netanyahu cümə axşamı bildirib ki, dəstək paketi “yalnız başlanğıcdır”.

Lakin iqtisadçıların məktubunu imzalayanlardan biri olan Start-Up Nation Siyasəti İnstitutunun prezidenti Eugene Kandel, hökumətin " hələ də vəziyyətin ciddiliyini başa düşdüyünü göstərmədiyini" söyləyib .