Ermənistan Milli Statistika Komitəsinin hesabatına görə , 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 13 turist səfər edib. 2022-ci ilin eyni dövrü üçün azərbaycanlı turistlərin sayı 5 nəfər olub.

"Unikal" xəbər verir ki, 2023-cü ilin doqquz ayı ərzində Türkiyədən Ermənistana 9050 turist gəlibsə, 2022-ci ilin eyni dövründə bu rəqəm 6300 nəfər olub. 

Komitənin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistana ən çox İran, ABŞ, Rusiya, Fransa, Almaniya və Gürcüstan vətəndaşları gəlib. 

Pakistandan 2023-cü ilin 9 ayında Ermənistana 37 nəfər səfər edib, 2022-ci ilin eyni dövründə isə pakistanlı turistlərin sayı 21 olub. Naməlum ölkələrdən 2023-cü ilin 9 ayında Ermənistana 211 nəfər səfər edib, 2022-ci ilin eyni dövründə isə bu rəqəm 67 olub”, - deyə ölkənin Statistika Komitəsi bildirib.