UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Qarabağ” və Almaniya “Bayer”i arasında keçiriləcək oyuna bilet satışı davam edir.
Klubdan "Unikal"a verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.