Rusiya Federasiyası Federal Şurasının prezidenti Valentina Matviyenko Rusiyada “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını, eləcə də “Ümumdünya Xoşbəxtlik” qanununun qəbulunu təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə “Insider” noyabrın 6-da yazıb.
“Dərhal ümumbəşəri xoşbəxtlik qanununu qəbul edin. Bilirsiniz, mən xəyal edirəm və hətta təklif etdim: gəlin Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Bütün qərarların və bütün qanunların qəbul olunacağı idarə bu və ya digər qanunun və ya hökumətin yeni qərarının insanları daha da sevindirib- sevindirməyəcəyinə qərar verəcək”, - deyə məmur təklif edib.
"Hələlik mənim dəstək qrupum kiçikdir, amma əminəm ki, vaxt gələcək, biz Rusiyada Xoşbəxtlik Nazirliyi yaradacağıq", - Federal Şuranın rəhbəri əlavə edib.
Nəşrin xatırlatdığı kimi, 2019-cu ildə Matvienko demişdi ki, Xoşbəxtlik Nazirliyi ideyası ona BƏƏ-yə səfəri zamanı yaranıb.