Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi Gennadi Çestyakov öz doğum günündə ölüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kiyev yaxınlığında baş verib.
Belə ki, doğum günü olan Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi, mayor Gennadi Çestyakov yaşadığı evə gəlib və ona verilən hədiyyə paketlərini açıb. Bağlamalardan birini açarkən içərisində olan qumnara partlayıb.
G.Çestyakov hadisə yerində ölüb, 13 yaşlı oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı köməkçisinin ölümünü təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.
Ramil Zeynallı