Qəzzada qarşıdurma başlayandan bəri müharibə zamanı orta hesabla hər on dəqiqədə bir uşaq ölür, iki uşaq isə yaralanır.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında deyilir.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu yana 9488 nəfər ölüb ki, onların da 70%-i qadınlar, uşaqlar və qocalardır. 24 158-dən çox insan xəsarət alıb. Bundan əlavə, 1250-si uşaq olmaqla, 2000 nəfərin dağılmış binaların dağıntıları altında itkin düşdüyü güman edilir.
"Qəzzada səhiyyə sistemi yanacaq, dərman və ləvazimat çatışmazlığı, tibb müəssisələri və xəstəxanaların, eləcə də yolların və infrastrukturun zədələnməsi səbəbindən çökür və yaralıların xəstəxanalara çatdırılmasını demək olar ki, qeyri-mümkün edir", - təşkilatın hesabatında deyilir.
Nuranə Abbasova