"Prezident Zelenskiyə böyük hörmətim var, amma hesab edirəm ki, hazırda Ukraynaya getmək düzgün olmazdı".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp məlumat verib.
Bundan əvvəl Ukrayna lideri Trampı Ağ Evin keçmiş rəhbərinin tez-tez təkrar etdiyi kimi, “Rusiya ilə hərbi münaqişəni 24 saat ərzində həll etmək” planının niyə həyata keçirilə bilmədiyini izah etmək üçün Ukraynaya gəlməyə dəvət edib.
Zelenski qeyd edib ki, 24 dəqiqə ərzində amerikalı siyasətçiyə açıqlamasının qeyri-real mahiyyətini izah edəcəkdi.