Böyük Britaniyada Blenheyim sarayından qızıl unitazı oğurlamaqda təqsirləndirilən 4 nəfərə qarşı cinayət işi açılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 4,8 milyon funt-sterlinq dəyərində olan incəsənət instalyasiyası 2019-cu ilin sentyabrında gecə basqınında yoxa çıxmışdı.
Tac Prokurorluğu Bazar ertəsi günü bildirib ki, noyabrın 28-də Oksford Magistrates Məhkəməsində görünəcək dörd nəfərə qarşı cinayət işinə icazə verib.
Unitaz Böyük Britaniyanın baş naziri Uinston Çörçillin anadan olduğu Oksfordşir sarayında sənət əsəri kimi quraşdırılmışdı.