Şəki şəhərində ev yanıb.

"Unikal" xəbər verir ki, gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib.

İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli