İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qüvvələri Qəzza zolağına doğru irəliləyərək Şifa anklavındakı əsas xəstəxanaya yaxınlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə İDF sözçüsü kontr-admiral Daniel Hagari məlumat yayıb.
Onun sözlərinə görə, İsrailin HƏMAS-ın yeraltı tunellər şəbəkəsinə və hərbi obyektlərinə hücumları davam edib.
"Quru qüvvələri HƏMAS-ın əsas qüvvələrinin yerləşdiyi güman edilən “Qəzzə şəhərinə təzyiqi artırır”".
Bundan əvvəl İsrail ordusunun şimal sektorunu təcrid edib mühasirəyə alması iddia edilir. Hagari əlavə edib ki, İDF gecə hava hücumları zamanı HƏMAS-ın bir neçə səhra komandirini öldürüb. O qeyd edib ki, İsrail ordusu "HƏMAS-ın əks-hücumlar həyata keçirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədir".