Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun təyinatları bəlli olub.
"Unikal" xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Kreyq Pavsona Simon Bennett və Lee Betts kömək göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Jared Gillett, AVAR-da isə Mixael Salisburu olacaq.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.