"Beşiktaş" klubunda Şenol Günəşdən sonra baş məşqçi vəzifəsini Burak Yılmaz icra edir.
"Unikal" xəbər verir ki, komandanın sükanı arxasına "qara-ağlar"ın sabiq çalışdırıcısı Mirça Luçesku keçə bilər.
"Dinamo"dan ayrılan baş məşqçi və "Beşiktaş" klubu arasında hazırda danışıqların aparıldığı bildirilir. Bu barədə Rumıniya mətbuatı xəbər yayıb.
Qeyd edək ki, rumın mütəxəssis 2002-2004-cü illərdə də "Beşiktaş"ı çalışdırıb. Türkiyə komandası onun rəhbərliyi altında 2003-cü ildə klubun yüzillik yubileyi zamanı çempion olmuşdu.