Goranboyda ağır yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Veyisli kəndi yaxınlığında baş verib. İki maşının toqquşması zamanı 4 nəfər yaralanıb, 1976-cı il təvəllüdlü Xoylu kənd sakini Allahverdiyeva Ruhiyyə Vaqif qızı isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov