Çempionlar Liqasının IV turunun matçı öncəsi Milanda Fransa çempionu PSJ və İtaliya "Milan"ının azarkeşləri arasında toqquşma olub. 

"Unikal" bildirir ki, bu barədə "Football Italia" yazıb. 

PSJ azarkeşlərindən biri bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İtaliyalı azarkeşlərin qonaqlara hücum etdiyi bildirilir.

"Milan" - PSJ matçı noyabrın 7-də baş tutacaq.

Ötən tur "Milan" Parisdə PSJ-yə 0:3 hesabı ilə uduzub.

Ağarza Elçinoğlu