Azərbaycan Gürcüstandan ən çox qoyun alan ölkə sırasına yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunur.
Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 32 milyon, 397 min ABŞ dolları dəyərində qoyun ixrac olunub ki, bu da ötən ilin müvafiq göstəricilərini minimum 5 dəfə qabaqlayır.
Gürcüstanın yanvar-sentyabr aylarında diri qoyun satdığı ölkələrin siyahısı belədir:
Azərbaycan - 14 milyon dollar dəyərində;
Səudiyyə Ərəbistanı - 8 milyon, 924 min dollar dəyərində;
İraq - 5 milyon, 5 min dollar dəyərində;
Küveyt - 2 milyon, 948 min dollar dəyərində;
Qətər - 704 min dollar dəyərində;
Birləşmiş Ərəb Əmirlikləri - 480 min dollar dəyərində;
İran - 317 min dollar dəyərində;
Livan - 115 min dollar dəyərində.
2020-2021-ci illərdə Gürcüstandan ən çox qoyun Səudiyyə Ərəbistanına ixrac edilib, 2022-ci ildə isə ixracatda Azərbaycan birinci sıraya yüksəlib.