Korrupsiyada şübhəli bilinən Portuqaliyanın baş naziri Antonio Kosta istefa ərizəsi verib.
"Unikal" xəbər verir ki, bu barədə Portuqaliyanın RTP kanalı məlumat yayıb.
Kosta istintaqla bağlı Portuqaliya televiziyasında çıxışı zamanı deyib: "Mən baş nazir vəzifəsindən istefa vermək üçün cənab prezidentə ərizə təqdim etdim".
Kosta istintaqla əməkdaşlığa hazır olduğunu və şübhəlilər arasında olduğunu biləndə təəccübləndiyini qeyd edib. O, heç bir qanunsuz hərəkətə yol vermədiyini bildirib.
Ağarza Elçinoğlu