"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Azərbaycan klubu II təsnifat mərhələsində ilk matçına çıxacaq.
Famil Xəlilovun yetirmələri Yunanıstan "Olimpiakos"unu qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.
Komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.