"Evdə qazandığımız 5:1 hesablı qələbəyə baxmayaraq, bizi Bakıda çətin mübarizə gözləyir".

"Unikal" xəbər verir ki, bunu Almaniyanın “Bayer” komandasının qapıçısı Matey Kovarj deyib. Çexiyalı qolkiper sabahkı matça ciddi yanaşdıqlarını qeyd edib:

“Qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda da gücümüzü göstərəcəyik. Komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.