İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola rekordunu yeniləyib.

"Unikal" xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"u 3:0 hesabı ilə məğlub etdikləri oyundan qeydə alınıb.

Belə ki, bu qələbə ilə Qvardiola məğlubiyyətsiz oyun seriyasını 17-yə çatdırıb (12 qələbə, 5 heç-heçə). O, "Barselona"dakı şəxsi rekordunu (16 matç) yeniləyib.

Qeyd edək ki, ÇL-də məğlubiyyətsiz matçların sayına görə mütləq rekord “Mançester Yunayted” əfsanəvi baş məşqçisi Aleks Ferqyusona məxsusdur. Onun komandası ÇL-də ardıcıl 25 oyun uduzmayıb.