Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

İki yük avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi bu gün saat 12:35 radələrində qeydə alınıb.

Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qəza Bakı-Quba yolunun 146-cı kilometrliyində qeydə alınıb:

“Toqquşma nəticəsində yük avtomobilinin sürücülərindən biri həyatını itirib. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb ediliblər. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddət ərzində bərpa edilib”.