İsrailin ABŞ-dan "kamikadze dron" kimi tanınan 200 ədəd "Switchblade 600" tipli pilotsuz uçuş aparatı (PUA) almaq istədiyi bildirilir.
"Unikal" xəbər verir ki, sözügedən PUA-ların qabaqcıl kameraya sahib olduğu, bəzi partlayıcı maddələr daşıya biləcəyi və yaxınlıqdakı PUA-lardan məlumat alma qabiliyyətinə malik olduğu və bu PUA-ların 40 kilometr uçuş menzili olduğu və 40 dəqiqə havada qala bildiyi bildirilib.
Məsələ ilə bağlı ABŞ və İsraildən hələlik heç bir açıqlama verilməyib.