“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünə məxsus olan rekordunu yeniləyib.
"Unikal" xəbər verir ki, bu, “şəhərlilər”in Çempionlar Liqasının qrup mərhələsində “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.
Bu qələbə ilə Qvardiola məğlubiyyətsiz oyun seriyasını 17-yə çatdırıb (12 qələbə, 5 heç-heçə). O, “Barselona” ilə müəyyən etdiyi şəxsi rekordu (16 matç) yeniləyib.
Çempionlar Liqasında məğlubiyyətsiz matçların sayına görə mütləq rekord “Mançester Yunayted” keçmiş baş məşqçisi Aleks Ferqyusona məxsusdur. Onun komandası ÇL-də ardıcıl 25 oyun uduzmayıb.