Astanada Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putinin görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Akorda dövlət iqamətgahında Vladimir Putinin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən rəsmi qarşılanma mərasimi olub", - məlumatda deyilir.

Putinin təyyarəsi noyabrın 9-da səhər tezdən Astanada eniş edib.