Yevlaxda idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Qəza nəticəsində bir nəfər yaralanıb. 

"Unikal"ın məlumatına görə, hadisə Hacıselli kəndi yaxınlığında baş verib. Belə ki, idarəetmədən çıxan "VAZ 2109" markalı maşın sərt şəkildə işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Ağdaş rayon sakini Mustafayev Maqsud Əhmədiyə oğlu xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov