Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub.

"Unikal" xəbər verir ki, ilkin məlumata əsasən, “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ağsu sakinləri, “VAZ 2107”nin sürücüsü 32 yaşlı Abdıyev Malik Səlim oğlu və hər iki maşının sərnişinləri 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyeva Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıd xəsarət alıb. 

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir.

Fakt araşdırılır.