Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İsrail və HƏMAS arasında müharibənin başlamasından bu yana jurnalistlərin və media işçilərinin ölənlərinin sayının 39-a yüksəldiyini açıqlayıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, noyabrın 9-na olan məlumata görə, komitənin ilkin araşdırmalarına əsasən, oktyabrın 7-dən - müharibə başlayandan bəri həlak olan 12 mindən çox insan arasında ən azı 39 jurnalist və media işçisi var.

Komitənin məlumatına görə, jurnalistlərdən 34-ü Fələstin, dördü İsrail, biri Livan vətəndaşıdır. Komitə bildirib ki, azı səkkiz jurnalist yaralanıb, daha üç jurnalist isə itkin düşüb.